«Yuventus» Konteni qorumaq istəyir
«Yuventus» baş məşqçisi Antonio Konteyə yeni müqavilə təklif etmək istəyir. İdman.com.az saytı xəbər verir ki, «qoca sinyora»nın rəhbərliyi məşqçinin işindən razıdır. Tezliklə ona yeni müqavilənin təklif ediləcəyi gözlənilir. Kontenin hazırkı müqaviləsi 2015-ci ildə bitir. Onunla İngiltərə Premyer Liqasının bir neçə komandası da maraqlanır.

Xəbər 876 dəfə oxundu.