Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistanın Yerli Özünüidarə, Gənclər və İdman, Şimal-Şərq regionu naziri Mani Şankar Aiyarı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Prezident sarayında Hindistanın Yerli Özünüidarə, Gənclər və İdman, Şimal-Şərq regionu naziri Mani Şankar Aiyarı qəbul etmişdir.
Görüşdə Azərbaycan-Hindistan münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

27 sentyabr 2007-ci il

Xəbər 1202 dəfə oxundu.