PSJ Runiyə təklif hazırlaıyır
«The Tİmes»ın yazdığına görə, yayda PSJ «Mançester Yunayted»ə cəlbedici təklif edəcək. Söhbət Ueyn Runinin alınması üçün 40 milyon funt təklif ediləcəyindən gedir.

Robin Van Persinin ötən yay «Old Trafford»a gəlişi ilə Runinin ulduzu əvvəlki parlaqlığını itirmiş oldu. Ueyn artıq komandanın əsas oyunçusu olmadığı faktı barışmalı oldu. Hazırkı mövsümdə o, 13 qol vurub. Onların da 10-u son 13 matçda. «Mançester Yunayted»in ən yüksək maaşlı futbolçusu da məhz Runidi. Onun həftəlik maaşı 250 min funtdur.

İdman.com.az saytı xəbər verir ki, PSJ Runini Zlatan İbrahimoviçin hücumçu yoldaşı etmək istəyir. Fransalılar «Qırmızı şeytanları» 40 milyon funtun razı salacağına inanırlar.

Xəbər 870 dəfə oxundu.