Hiddink fikrindən daşındı
«Anji» klubunun baş məşqçisi, belə görünür, mövsümün sonunda futboldan getməmək qərarına gəlib. Baxmayaraq ki, daha öncə hadisələrin əks istiqamətdə axarını da istisna etmirdi.

İdman.com.az saytı xəbər verir ki, niderlandlı mütəxəssis Mahaçqala klubunda işin onu karyerasını başa vurmaqla bağlı fəlsəfi düşüncələrdən çəkindirib.

O, məşqçilik fəaliyyətini davam etdirmək üçün lazımi enerji alıb. Hiddink deyir: «Keçən il məndə olduğu kimi, sizin də 65 yaşınız olanda, beyninizə fəlsəfi fikirlər gələcək. Lakin indi mən karyeramı başa vurmaq istəmirəm.

Mən ötən ilin son aylarından çox razıyam. Bu, mənə yeni enerji verdi və indi artıq düşünürəm ki, əgər yeni əvvəlki kimi gümrahamsa, nə üçün dayanmalıyam?»

Xəbər 905 dəfə oxundu.