Qətərə qarşı ittihamlar təsdiqlənmədi
Fransalı jurnalistlər Qətərə qarşı qaldırdıqları iddiaları təsdiqləyə biliməyiblər. FİFA-nın baş katibi Jerom Valkenin sözlərinə görə, həmin ölkənin 2022-ci il dünya çempionatını keçirmək hüququnu çirkli yollarla əldə etməsini iddia edən «France Football» lazimi dəlilləri təqdim edə bilməyib.

Qətər mundialı keçirmək hüququnu 2010-cu ilin dekabrında FİFA-nın İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi əsasında qazanmışdı. O zaman səsvermənin məğlubları ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya olmuşdu.

İdman.com.az saytı xəbər verir ki, Jerom Valke məlum hadisə barədə bunları deyib: «Bizə 2018 və 2022-ci il dünya çempionatlarının ev sahibinin seçimində rüşvətxorluğu təsdiqləyən hər hansı dəlil və ya şübhəli fakt təqdim edilmədi. Belə bir hal olsa idi, FİFA prezidenti Yozef Blatter və ya hər hansı başqa məmur onu diqqətdən qaçırardımı? Əgər diqqətilayiq hər hansı əlavə dəlil peyda olsa, bu məsələyə mütləq baxılacaq».

Xəbər 803 dəfə oxundu.