Krasiçə təklif var
«Fənərbağça»da baş məşqçi Aykut Qocamanın çox da forma vermədiyi Miloş Krasiçə Rusiyadan ciddi talib çıxıb. İdman.com.az saytı xəbər verir ki, 28 yaşlı serb futbolçunun meneceri Deyan Yoksimoviç Rusiya mətbuatından «İzvestiya» qəzetinin açıqlamasında Moskva «Dinamo»sunun Krasiçlə maraqlanması ilə bağlı yazdığı xəbəri təsdiqləyib. Yoksimoviç, transfer təklifiylə əlaqədar olaraq, «Rusiyadan təkliflər var, amma qəti qərarı yaz dövründə verəcəyik. İyun ayına qədər Krasiç Türkiyədə olacaq» şəklində danışıb.

Krasiçin forma səviyyəsinin yaxşı olduğunu ifadə edən Yoksimoviç deyib: «Tam sağlamdır və özünü yaxşı hiss edir. Çempionlar Liqasında Moskva «Spartak»ı ilə matçda zədələndi və daha sorna bir müddət oynayaraq ehtiyat skamyada qaldı. Miloş problemin nə olduğunu bilmir. Nizamlı olaraq məşqlərini edir, amma özünü sübut etməsi üçün şans verilməməsinə çaşır».

Digər yandan Yoksimoviç, «Dinamo»dan savayı başqa bir rus komandasının – «Krasnodar»ın da Miloş Krasiçlə maraqlandığı açıqlayıb.

Xəbər 745 dəfə oxundu.