Portuqaliya yığması ciddi itki ilə üzləşib
Millimizlə oyun öncəsi Portuqaliya yığması ciddi itki ilə üzləşib. Rəqib komandanın heyətində Eder sıradan çıxıb.

“Braqa”nın formasını geyinən futbolçu “Benfika” ilə matçda zədələnib. Bu səbəbdən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq Eder martın 26-da Bakıda keçiriləcək Azərbaycan – Portuqaliya matçını buraxacaq.

Qeyd edək ki, 25 yaşlı hücumçu ötən ildən Portuqaliya millisinə çağırılır. Bu müddətdə o, 5 oyunun iştirakçısı olub. Eder ötən ilin 11 sentyabrında Braqada keçirilən Portuqliya – Azərbaycan oyununun 87-ci dəqiqəsində Elder Poştiqanın əvəzinə meydana çıxıb.

Xəbər 1006 dəfə oxundu.