AFFA və Coca Cola Şirkəti tərəfindən məktəbli kuboku lahiyəsi
Fevralın 28-də AFFA və Coca Cola Şirkəti tərəfindən orta ümumtəhsil məktəblərin 5 və 7-ci sinifləri arasında məktəbli kuboku lahiyəsinin açılış mərhələsi keçirilib.

Zərdab şəhəri Gəlmə kənd tam orta məktəbində 108 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması olub.

1-5- ci sinflər arasında 1 saylı, 1-8-ci siniflər arasında şəhər 1 saylı lisey məktəb birinci yerlərə layiq görülüblər.

Xəbər 948 dəfə oxundu.