“Kəpəz” tam heyətlə hazırlaşa bilmir
Məşqləri davam etdirən “Kəpəz” tam heyətlə hazırlaşa bilmir. Komandanın heyətində zədəli futbolçuların sayı ikiyə çatıb.

Məşqlərdən kənar qalan Emin Əliyevə Məhərrəm Müslümzadə də qoşulub. Gənc futbolçu əzələsini dartıb. Həkimlər hazırda onun zədəsinin müalicəsi ilə məşğuldurlar. Bu səbəbdən Müslümzadə bir müddət məcburi şəkildə dincəlməli olacaq.

Qeyd edək ki, ötən həftə məşqlərin birində zədələnməklə komanda yoldaşlarından ayrı düşən Pirkuli Saparov isə heyətə dönüb. O, dünəndən məşqlərə başlayıb.

Xəbər 876 dəfə oxundu.