“Qarabağ” meydana ciddi itkilərlə çıxacaq
“İnter”lə vacib oyuna hazırlaşan “Qarabağ” meydana ciddi itkilərlə çıxacaq. Branimir Subaşiçə daha iki komanda yoldaşı qoşulub.

Komandanın əsas qol silahlarından olan Riçard Almeyda sıradan çıxıb. 8 qolla bombardirlər yarışında 4-cü yeri tutan braziliyalı zədə səbəbindən “İnter” matçını buraxacaq.

Onunla yanaşı, Ansi Aqolli də meydana çıxa bilməyəcək. Buna səbəb isə alban futbolçunun cəzalı duruma düşməsidi. 19-cu dəqiqəsində qol vurduğu “Rəvan”la oyunun 34-cü dəqiqəsində qeyri-idman hərəkətə görə sarı vərəqə alan Aqolli limiti doldurduğundan Premyer Liqanın təsnifat mərhələsini erkən başa vurub.

Xəbər 929 dəfə oxundu.