“Turan” – “Neftçi” oyununun yeri və vaxtı dəyişdirilib
Premyer Liqanın XXII turunun “Turan” – “Neftçi” oyununun keçirilmə yeri və vaxtı dəyişdirilib. Matç əvvəlcədən təyin olunduğu “Dalğa Arena”da yox, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

Oyunun başlama vaxtı da dəyişirilib. Martın 3-də, saat 18.00-da başlaması planlaşdırılan qarşılaşmanın start fiti 3 saat tez – 15.00-da çalınacaq.

Xəbər 888 dəfə oxundu.