“Dənizlispor”a mükafat verilib
Rail Məlikovla Arif İsayevin çıxış etdiyi “Dənizlispor”a mükafat verilib. Futbolçularımızın komandasını Dənizli bələdiyyə başqanı Osman Zolan mükafatlandırıb.

Belə ki, “Samsunspor”la matçından öncə bələdiyyə rəhbəri komandaya qələbəyə gbrə 100 min lirə (təxminən 50 min manat) mükafat vəd edib. Səfərdən 3 xalla qayıdan komandanı dünən axşam klub rəsmiləri ilə bir araya gəlib və pulu komandanın kapitanı Veli Acara təqdim edib.

Bu Raillə Arifin komandasına verilən son mükafat olmayıb. Belə ki, rəhbərlik “Göztəpə” ilə heç-heçəyə və “Samsunspor” üzərindəki qələbəyə görə 60 min lirə (30 min manat) mükafat verib. Beləliklə, futbolçular iki oyuna 160 min lirə (80 min manat) mükafat əldə edib.

Bu aralda “Dənizlispor” rəhbərliyi mükafat fondunu da artırıb. Belə ki, qarşıdakı “Boluspor” matçıda qələbə qazanacaqları halda futbolçular 30 min (15 min manat) əvəzinə 75 min lirə (37,5 min manat) mükafat alacaqlar.

Xəbər 809 dəfə oxundu.