Cavid İmamverdiyev əvəzedici heyətə göndərilib
“Futbol üzrə Azərbaycan kuboku yarışlarının ¼ final mərhələsi çərçivəsində keçirilmiş “Simurq”-“Neftçi” matçının 75-ci dəqiqəsində Cavid İmamverdiyevi meydana buraxdıq. Futbolçu meydanda olduğu 15 dəqiqə ərzində məşqçilər heyətinin etimadını doğrulda bilmədi”. Bu sözləri Bakının “Neftçi” futbol komandasının baş məşqçisi Böyükağa Hacıyev deyib.

C.İmamverdiyev oyundan sonra rəqib komandanın futbolçusuna qarşı qeyri-etik davranmaqla intizam qaydalarını pozub və haqlı olaraq qırmızı vərəqə ilə cəzalandırılıb. Qarşılaşmadan dərhal sonra məşqçilər heyəti və futbolçuların iştirakı ilə toplantı keçirdiyini və klub rəhbərliyinə bu məsələ ilə bağlı hesabat təqdim etdiyini bildirib. Məşqçilər heyətinin birgə rəyi ilə Cavid İmamverdiyevin əvəzedici heyətə göndərilməsi qərara alınıb.

Baş məşqçi qeyd adib ki, bu gün “Neftçi”nin formasında meydana çıxan hər bir futbolçu göstərdiyi oyun və intizamı ilə hamıya nümunə olmalıdır. Bu qaydaları pozan futbolçu kimliyindən asılı olmayaraq etdiyi hərəkətə görə cavab verməlidir.

AzərTAc

Xəbər 1071 dəfə oxundu.