Qaxda daxili rayon birinciliyi
Fevralın 26-da Xocalı soyqrımının il dönümü ilə əlaqədar Qax rayon Gənclər və İdman idarəsi sərbəst güləş üzrə 10-12 yaşlı uşaqlar arasında UGİM-in daxili birinciliyi keçirilib. Yarışda 10 çəki dərəcəsində 40 nəfər güləşçi iştirak edib.

Sonda Rəvan Abdurrahmanlı (23 kq), Qurban Qasımov (26 kq), Sulxay Sultanov (29kq), Elşən Şirinli (32kq), Arçil Qulaşvili (35 kq), Cavid Süleymanov(38 kq), Alqış İbrahimov (42 kq), Murad Nuriyev (48 kq), Məcid Çələbi (52 kq), Ayxan Şəmizadə (56kq) birinci yerlərə layiq görülüblər.

Xəbər 1021 dəfə oxundu.