Şəki basketbol idman növü üzrə şəhər birinciliyi
Fevralın 27-də Şəki şəhəri ali, orta ixtisas məktəblərinin qız komandaları arasında basketbol idman növü üzrə şəhər birinciliyi keçirilib.

19 saylı orta məktəbdə 50 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi perspektiv idmançıları aşkar edərək zona komandasına cəlb etmək olub.

Sonda Pedaqoji kollec birinciyə, musiqi kolleci ikinciyə, texniki kollecin komandasıüçüncü yerə layiq görülüb.

Xəbər 5818 dəfə oxundu.