Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Prezident sarayında Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul etmişdir.
Dövlətimizin başçısı Marius Vizeri Beynəlxalq Cüdo Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən böyük diqqət yetirildiyini və ölkəmizdə müasir, mühüm beynəlxalq tədbirlərin keçirilməsinə tam imkan verən idman komplekslərinin inşa edildiyini vurğuladı.
Marius Vizer təbriklərə görə prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Cüdo Federasiyası arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə edildi.

23 noyabr 2007-ci il

Xəbər 1461 dəfə oxundu.