“Qalatasaray” Fatih Terimi cəzalandırıb
Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi cəzalandırıb. Qurum 59 yaşlı məşqçiyə 3 matç cəza verib.

Terim qarşıdakı 3 matçda komandasının oyunu azarkeş kimi izləyəcək. Köməkçi məşqçi Hasan Şaş da 1 matç cəza alıb. Bundan başqa “Orduspor”la qarşılaşmadan sonra “sarı-qırmızılılar” mətbuat konfransına gəlmədiyinə görə müəyyən məbləğdə pul cəzası verilib.

Qeyd edək ki, Türkiyə superliqasının 23-cü turunda “Qalatasaray” – “Orduspor” matçının fasiləsində baş məşqçi Fatih Terim hakimə etiraz etdiyinə görə tribunaya göndərilmişdi. Həmin matçın ikinci hissəsində Hasan Şaş da eyni aqibəti yaşamışdı.

Xəbər 888 dəfə oxundu.