Xəzər rayonunda final mərhələsi keçirilib
Xəzər rayon Gənclər və İdman idarəsi rayon məktəbləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişsafını və sağlamlıqlarının qorunmasını məqsədilə ХХV Spartakiadanın mini-futbol növü üzrə (qızlar arasında) rayon final mərhələsi keçirilib.

6 məktəb 72 nəfərin iştirakı ilə keçirilən yarışın yekun nəticələrinə görə birinciyə 26, ikinciyə 237, üçüncüyə 183 saylı tam orta məktəb layiq görülüblər.

Sonda qaliblər Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar


Xəbər 882 dəfə oxundu.