Qobustan rayonunda ağır atletika üzrə turnir
Fevralın 27-də Qobustan rayon UGİM-nin ağır atletika zalında 26 fevral – Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər (23 yaşadək) arasında ağır atletika üzrə turnir keçirilib.

İdman tədbiri Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin yad olunması, eləcə də rayonda ağır atletika idman növünün geniş təbliğ olunması və perspektivli idmançıların hazırlıq vəziyyətinə baxış məqsədi ilə keçirilib.

Turnirdə Qobustan rayon UGİM-nin yetirmələri ilə yanaşı, rayonun idarə və təşkilatlarından, eləcə də yaşayış məntəqələrindən 68 idmançı, 6 məşqçi və 4 hakim iştirak ediblər. Yarış rayon UGİM-nin yetirmələrinin parlaq qələbəsi ilə başa çatıb.

Ayrı – ayrı çəki dərəcələrində yeniyetmələrdən Ə.Atamoğlanov, İ.Baxışov, R.Kamilov, S.Quliyev, M.Şaxıyev, G.Seyidov və F.Nadirov, gənclərdən isə N.Baxışov, M.Yusifov, S.Qardaşəliyev, R.Şahniyarov, M.Murquzov, Q.Qaçayev və D.Dadaşbəyli qalib gələrək birinci yeri tutublar. Turnirdə 1 nəfər birinciyə, 2 nəfər ikinciyə, 12 nəfər üçüncü, 1 nəfər isə idman ustalığına namizəd normativini ödəyib. Gənclərin ağır atletika üzrə ölkə birinciliyində iştirak edəcək atletlər müəyyənləşdirilib.

Turnirin qalibləri rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1076 dəfə oxundu.