Oğuz rayonunda sərbəst güləş üzrə yarış keçirilib
25-26 fevral tarixlərində fevral “Xocalı faciəsi” zamanı soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsini yad etmək məqsədilə Oğuz rayonunda sərbəst güləş üzrə yarış keçirilib.

Uşaq gənclər idman məktəbində 89 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi sərbəst güləş idman növünün rayonda inkişafı və təbliği, rayonda kütləvi saglamlıq, bədən tərbiyəsi tədbirlərinin inkişaf etdirilməsi, güləşçilərin fiziki,texniki-taktiki hazırlıqlarına baxılması olub.

Sonda 12 idmançı ilk yerlərə layiq görülüblər.

Xəbər 1116 dəfə oxundu.