Qazaxda sərbəst güləş üzrə rayon turniri
Fevralın 28-də Qazax şəhər stadionunun idman zalında sərbəst güləş üzrə rayon turniri yarışları keçirilib. Turnirdə Qazax rayon Gənclər və İdman İdarəsi nəzdində UGİM-nin, "Göyəzən" MMC nəzdində UGİM-nin və "Olimpik" MMC-də fəaliyyət göstərən sərbəst güləş bölməsinin 72 nəfər güləşçi qüvvəsini sınayıb.

Sonda qaliblər Qazax rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunublar.

Xəbər 3093 dəfə oxundu.