Miloş Krasiç yayda komandadan gedə bilər
“Fənərbaxça”ya gəldiyindən forma geyinməkdə çətinlik çəkən Miloş Krasiç yayda komandadan gedə bilər. Bu haqda serbiyalı futbolçunun meneceri Dejan Joksimoviç Rusiya mətbuatına açıqlamasında bildirib: “Rusiyadan təkliflər var. Moskva “Dinamosu” Krasiçlə daha çox maraqlanır. Hələlik dəqiq qərar verməmişik. Miloş yaya qədər Türkiyədə qalacaq, yayda isə öz fikrimizi bildirəcəyik”.

Xəbər 819 dəfə oxundu.