“Xəzər Lənkəran” Bakıdakı oyunda uğurlu qolu
Ölkə kubokunda ardıcıl 19 oyundur ki, komanda meydanı qolsuz tərk etmir. Sonuncu dəfə 4 il əvvəl - 2009-cu il fevralın 25-də öz meydanında “Bakı”ya 0:1 hesabı ilə uduzan "xəzər Lənkəran" həmin oyundan sonra kubokdakı hər qarşılaşmada ən azı 1 qol vurub. Bu müddətdə “Xəzər Lənkəran” 19 görüşə 32 qol vurub.

Qeyd edək ki, “Rəvan”la qarşılaşma Elnur Allahverdiyevin “Xəzər Lənkəran”da yubiley – 80-ci matçı oldu. O, bu göstəricidə 10-cu olan Dieqo Souzaya çatdı.

Xəbər 786 dəfə oxundu.