Ağcabədidə rayon birinciliyi keçirilib
Fevralın 27-də şahin hərbi-idman oyununun rayon birinciliyinin keçirilməsinə hazırlıqla əlaqədar orta məktəblərin hərbi və bədən tərbiyəsi müəllimlərinin iştirakı ilə hazırlıq tədbiri keçirilib.

Ağcabədi rayon Təhsil şöbəsinin zalında 115 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi gənclərin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi və şahin hərbi-idman oyununun rayon birinciliyinə məktəblərin daha güclü formada hazırlığının təmin edilməsi olub.

Sonda Şahin hərbi-idman oyununun əsasnaməsi ilə və Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən rayon birinciliyinin keçirilmə yeri ilə bağlı iştirak edəcək bütün komandaların rəhbərləri bir daha tanış olub.

Xəbər 874 dəfə oxundu.