UEFA İntizam Komitəsi “Fənərbaxça”ya cəza yağdırıb
UEFA İntizam Komitəsi “Fənərbaxça”ya cəza yağdırıb. Avropanın ali futbol qurumu türk klubunun azarkeşlərinin yol verdiyi pozuntulara sərt reaksiya verib.

Avrokuboklarda bu mövsüm oynadığı matçlarda fanatların yandırdığı məşəllər və səbəbkarı olduğu hadisələr üzünden BATE matçını tamaşaçısız oynamaq məcburiyyətində qalan “Fənərbaxça”, yenə eyni cəzaya məruz qalıb. Yadınızdadısa, oyunun keçirildiyi “Şükrü Saracoğlu” stadionunun ətrafına toplaşan fanatlar arenanın içinə paraşütlü işarə fişəngləri atıblar və onları düz qazonun üstünə düşüb, oyunun bir müddət dayandırılmasına səbəb olmuşdu. UEFA buna görə “sarı-lacivərdli” kluba daha 1 (bir) oyun tamaşaçısız oynama cəzası verib. “Fənərbaxça” bu cəzanı Çexiyanın “Viktoriya” klubuyla 1/8 final ev matçında çəkəcək. Klub üstəlik, 60 min avro cərimə də ödəməlidi.

Daha vacib qərar isə bunun ardından gəlib. Belə ki, UEFA “Fənərbaxça”nı avrokuboklardan uzaqlaşdırıb! Ancaq bu qərar yaxın 2 il ərzində eyni olayların yaşanması halında qüvvəyə minəcək. Yəni bu müddətdə “fənərli” azarkeşlər bu tip addımı yenidən atsalar, komanda avrokuboklara qatılmaq hüququndan məhrum ediləcək.

Xəbər 889 dəfə oxundu.