Balotelli yenə gündəm yaradacaq addım atıb
Balotelli yenə gündəm yaradacaq addım atıb. “Mançester Siti”dən “Milan”a keçən ulduz futbolçu öz heykəlini hazırlatdırır.

Balotelli heykəlini Milanda yaşamağa başladığı yeni evi üçün hazırlatdırır. Bu barədə heykəlin müllifi Livio Skarpella məlumat verib. Heykəltaraş bildirib ki, hələ hazır olmayan heykəl üçün Balotellinin şəkillərindən istifadə edir.

Tanış olmadığı Balotellinin haqqını öncədən verdiyini bildirən Livio Skarpella gənc oyunçunun AVRO-2012-nin yarımfinalda Almaniyaya vurduğu qoldan sonrakı görüntüsünü əbədiləşdirdiyini də qeyd edib. Marionun iki əlini yanına salıb yumruqlarını sıxaraq, döş qəfəsi əzələlərini göstərdiyi qol sevincini heykələ döndərəcək heykəltaraş “Ona antik zamanlardakı bir atlet kimi xəyal etdim. Bürünc rəngində olacaq heykəl klassiklə populiar tərzi birləşdirəcək”, deyib.

Xəbər 928 dəfə oxundu.