Balakən rayonunda şahmat üzrə rayon turniri
20-24 fevral tarixlərində “Xocalı Soyqırımı”nın 21-ci ildönümünə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib.

Balakən rayon Gənclər evində 45 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi soyqırımı yeniyetmə və gənclərin yaddaşına yeritmək, ən güclü idmançıları müəyyən etmək olub.

Sonda 3 yaş qrupunda qalib gələn idmançılar Gənclər və İdman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.

Xəbər 946 dəfə oxundu.