Milli komandada “Qəbələ” hegemonluğu
Martın 4-dən 12-ə qədər 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Yunanıstanda təlim-məşq toplanışı olacaq. Yığmamız martın 13-dən 17-dək Yunanıstanın Xalkida şəhərində UEFA tərəfindən təşkil olunmuş “Development Tournament” turnirində iştirak edəcək.

Artıq millinin heyəti də açıqlanıb. Heyətə 20 futbolçu çağırılıb. Onlardan 4-ü legionerdi. Belə ki, baş məşqçi Nikolay Adam Rusiyanın ÇSKA, “Anji”, Ukraynanın “Tavriya” və Almaniyanın “Tus Koblenz 1911″ klublarının oyunçularına dəvət göndərib.

Millidə ən çox “Qəbələ” futbolçu ilə təmsil olunub. Bölgə klubunun 8 üzvü Yunanıstana aparılacaq. “Bakı”dan 3, “Qaraabğ”dan 2, “Neftçi”, “İnter” və “Xəzər Lənkəran”dan 1 futbolçu milliyə çağırılıb.

Qasımov Ağaseyid – “Qarabağ”
Turabov Eltun – “Qarabağ”
Şirinov Yusif – “Qəbələ”
Əlibabayev Vüqar – “Qəbələ”
Mustafazadə Bəhlul – “Qəbələ”
Əsədli Fərid – “Qəbələ”
Babayev Heydər – “Qəbələ”
Hüseynov Roman – “Qəbələ”
Zamanov Emin – “Qəbələ”
Nəbiyev Yusif – “Qəbələ”
Məmmədov Elməddin – “Neftçi”
Ağaverdiyev Renat – “Bakı”
Akmurzaev Umar – “Bakı”
Mədətov Mahir – “Bakı”
Taşqın Sərtan – “İnter”
Cəfərov Elnur – “Xəzər Lənkəran”
Uluxanov Elgün – ÇSKA (Rusiya)
Cəbrayılov Şahban – “Anji” (Rusiya)
Tağıyev Rafiq – “Tavriya” (Ukrayna)
Altin Ozan – “Tus Koblenz 1911″ (Almaniya)

Xəbər 825 dəfə oxundu.