“Turan” – “Neftçi” oyununun yeri və vaxtı dəyişib
Əvəzedici heyətlərin 22-ci turunun “Turan” – “Neftçi” oyunu klubların qarşılıqlı razılığına əsasən öncədən bildirildiyi kimi Tovuz şəhər Olimpiya İdman Kompleksinin stadionunda keçirilməyəcək. Qarşılaşma Zirə qəsəbə İdman Kompleksinin stadionunda baş tutacaq.

Qarşılaşmanın başlama vaxtı da dəyişdirilib. Matç saat 13.00-da başlayacaq.

Xəbər 833 dəfə oxundu.