Zlatan İbrahimoviçin maraqlı açıqlaması
İsveçli futbolçu Zlatan İbrahimoviç alman mətbuatına verdiyi maraqlı açıqlaması ilə diqqəti cəlb edib.

İdman.com.az saytının məlumatına görə, 31 yaşlı hücumçunun mətbuata verdiyi açıqlamasında bildirib: “Bundesliqa diqqətimi çəkən liqalardandır. Burda bir gün forma geysəm, mən inanıram ki, həqiqətən də dünyanın ən xoşbəxti olaram. Əgər Almaniyaya gedəsi olsam ,əlbəttə ki, klubum “Bavariya” olacaq. Bildiyimiz kimi bu klub da dünyanın ən məşhur 5 klublarından biridir”.

Qeyd edək ki, İbrahimoviç PSJ-nin heyətində keçirdiyi 31 oyunda 24 qol vurub.

Aynurə Pənahqızı

Xəbər 862 dəfə oxundu.