Sumqayıtda ağır atletlər arasında tədbir keçirilib
23–24 fevral tarixlərində "Veteran Ağır atletika" İctimai birliyinin idman zalında “Təhsil” RİM-Sumqayıt Filialı və “Zirvə” İ.K.-nun 40-a yaxın 14 yaşlı yeniyetmə ağır atletlər arasında tədbir keçirilib.

İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Murad Əliyev (34kq), Novruz Muxtarlı (38kq), İsmayıl Mədətov (42kq), Nahid Rzayev (46kq), Taleh Rüstəmov (50kq), Sadiq Əhmədzadə (56kq), Tural Qaracayev (69kq), Cəmil Məmmədzadə (94kq) 14 yaşlı kiçik təvəllüdlü yeniyetmələr arasında, Cavidan Məmmədli (56kq), İlham Həziyev (62kq), Nurlan Vəliyev (69kq), Yusif Huseynov (77kq), İsfəndiyar Vəliyev (85kq), Mikayıl Əhmədzadə (94kq) və Azər Ağayev (+105kq) gənclər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.

Xəbər 889 dəfə oxundu.