Sumqayıtda basketbol üzrə şəhər birinciliyi keçirilib
18–22 tarixlərində 1 saylı Uşaq Gənclər İdman Məktəbində "5 Mart Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş orta ümumtəhsil məktəblərinin 13-14 yaşlı oğlanlar arasında 3 x 3 basketbol (stritbol) üzrə şəhər birinciliyi keçirilib.

Birincilikdə 22 komandanın 88 iştirakçısı qalib adı uğrunda mübarizə aparıblar.

Yekunda 43, 24 və 7 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Xəbər 1163 dəfə oxundu.