Balakəndə sərbəst güləş üzrə rayon turniri
23-24 fevral tarixlərində Balakən Olimpiya İdman Kompleksində “Xocalı Soyqırımı”nın 21-ci ildönümünə həsr edilmiş sərbəst güləş üzrə rayon turniri keçirilib.

71 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Xocalı soyqırımınının 21-ci ildönümünü qeyd etmək, soyqırımı yeniyetmə və gənclərin yaddaşına yeritmək, ən güclü idmançıları müəyyən etmək olub.

Sonda 12 çəki dərəcəsində fərqlənmiş idmançılar Gənclər və İdman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.

Xəbər 916 dəfə oxundu.