Budaqov Rusiya klublarının maraq dairəsinə düşüb
19 yaşadək futbolçulardan ibərət milli komandamızın üzvü Bayram Budaqov Rusiya klublarının maraq dairəsinə düşüb. Bu barədə Ukraynanın football.ua saytı xəbər yayıb.

Saytın xəbərində bildirilir ki, Ukraynanın “Dnepr” klubunda çıxış edən hücumçu ilə ruslar onunla 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirakından sonra maraqlanmağa başlayıblar. Həmin seçmə mərhələdə yığmamız sadəcə 1 xal toplaya bilmiş, Budaqov isə vurduğu iki qolla komandamızın ən məhsuldar futbolçularından olmuşdu.

Budaqov cari mövsümdə “Dnepr”in əvəzedici komandasının formasını geyinir və çıxışı kifayət qədər uğurlu alınır. O, indiyədək 8 qol vura bilib.

Xəbər 1197 dəfə oxundu.