Qəbələdə rayon birinciliyi
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin ordu sıralarına hazırlanmasında müstəsna əhəmiyyəti olan “Cəsurlar” hərbi-idman və turizm oyunlarının rayon birinciliyi Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, Təhsil şöbəsinin iştirakı ilə 22 fevral tarixdə Qəbələ şəhər 2 saylı tam orta məktəbdə keçirilib.

Rayon birinciliyində qalib gələn komanda 7 mart tarixində Zaqatala rayonunda keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcək.
350-dək rayonun orta ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi yarışın yekun nəticəsinə əsasən Qəbələ şəhər 2 saylı birinciyə, şəhər 3 saylı ikinciyə, Soltannuxa kənd tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər.

Sonda qalib komandalar Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Xəbər 917 dəfə oxundu.