Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhofu qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Prezident sarayında Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhofu qəbul etmişdir.
Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılmış, ölkəmizdə idmanın bütün sahələrinin, o cümlədən kanoe idman növünün də inkişaf etdirildiyi qeyd olunmuşdur. Mingəçevirdəki avarçəkmə təlim-məşq bazasının dünya standartlarına uyğun şəkildə yenidən qurulmasının əhəmiyyəti vurğulanmış, orada bir sıra beynəlxalq yarışların və təlim-məşq toplanışlarının keçirilməsi üçün yaxşı imkanların yaradılacağına əminlik ifadə olunmuşdur.

29 mart 2008-ci il

Xəbər 1389 dəfə oxundu.