Devid Bekham ilk oyununa uğurla başlayıb
“Paris Saint - Germain” ilə 5 aylıq müqavilə imzalayan Devid Bekham yeni komandasıyla ilk oyununa uğurla başlayıb.

İdman.com.az saytının məlumatına görə, “Paris Saint-Germain” dən transfer olan 37 yaşlı məşhur futbolçunun oyunu meydanda böyük maraqla qarşılanıb. Oyunun son 15-ci dəqiqəsində oynayan futbolçu Marsilya qarşısında ikinci qola imza atıb.

Oyunun sonunda Bekham ilk sınağında əldə etdiyi qalibiyyəti dilə gətirərək bildirib: “İlk oyunumda Marsilyanı məğlub etdiyim üçün çox xoşbəxtəm. Bu mənim üçün çox önəmli qalibiyyətdi. “Paris Saint - German”nin tərəfdarlarına mənə yaşatdıqları bu gözəl anlar üçün təşəkkür edirəm”.

Aynurə Pənahqızı

Xəbər 1032 dəfə oxundu.