Goranboyda rayon birinciliyi keçirilib
Fevralın 22-də “5 mart – Bədən Tərbiyəsi və İdman günü” nə həsr olunmuş “VMH” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Goranboy rayon Mərkəzi stadionunda 235 idmançı, 47 məşqçi, 6 hakimin iştirakı ilə keçirilən yarışın məqsədi bədən tərbiyəsi və idman gününün qeyd olunması, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, çağırış yaşlı gənclərin hərbi xidmətə yola salınmasına hazırlıq, rayonda çoxnövçülük idman növlərinə marağın artırılması olub.

Sonda Tatarlı kənd 569 xalla birinciyə, Zeyvə kənd 508 xalla ikinciyə, Şəfəq kənd orta məktəbin komandası 503 xalla üçüncü yerə layiq görülüblər.

Xəbər 968 dəfə oxundu.