Salyanda açıq rayon birinciliyi keçirilib
Fevral 25-də Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Arbatan kəndində yerləşən Kikboksinq idman klubunun idman zalında Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş Kikboksinq idman növü üzrə yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi keçirilib.

70-ə yaxın idmançının iştirakı ilə keçirilən yarışda rayon idmançıları ilə yanaşı Bakı, Qazax və Şirvan şəhərlərindən gəlmiş idmançılar da iştirak ediblər. Gərgin mübarizələrlə davam edən yarışda

hakimlər heyəti 15 çəki dərəcəsi üzrə qalibləri müəyyən ediblər. Sonda
qaliblər Gİİ-si tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 1051 dəfə oxundu.