Mahmud Qurbanov futbolçulara 2 gün istirahət verib | |
AZAL-la oyundan sonra “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov futbolçulara 2 gün istirahət verib. Bundan öncəki turda “Rəvan”a qarşı matçın ardından komanda üzvlərinə dincəlmək imkanı verməyən çalışdırıcı bunun əvəzində bu dəfə istirahət günlərinin sayını artırıb. Komanda fevralın 26-da məşqləri bərpa edəcək. Sabaha təyin olunan hazırlıq prosesi saat 16.00-da baş tutacaq. Məşq “Dalğa Arena”da keçiriləcək. Qeyd edək ki, istirahət günlərindən istifadə edən “Kəpəz”in gəncəli futbolçuları doğma şəhərə ailə üzvlərinə baş çəkməyə yollanıblar. |
|
Xəbər 892 dəfə oxundu. |
|
|