“Qarabağ” məşqlərini bərpa edib
“Qarabağ” məşqlərini bərpa edib. Azərbaycan Kubokunun 1/4 finalında “Qəbələ”ni sınağa çəkəcək Ağdam klubu “Rəvan”la oyundan sonra dərhal hazırlıqlara başlayıb.

18 gün sonra yenidən Qəbələyə səfər edəcək “Qaraabğ” bu gün saat 15.00-da Suraxanı qəsəbə stadionunda sonuncu məşqini edəcək. Sabah səhər isə komanda adıçəkilən rayona yollanacaq.

Qeyd edək ki, ötən mövsüm də tərəflər ölkə kubokunun eyni mərhələsində qarşılaşmışdı. Qəbələdə 2:2 hesabı qeydə alınmış, cavab oyununda hesab açılmadığına görə “Qarabağ” yarımfinala adlamışdı.

Xəbər 947 dəfə oxundu.