Zərdab rayonunda rayon birinciliyi keçirilib
Fevralın 23-də Zərdab rayon Gəlmə kənd tam orta məktəbin bazasında “Cəsurlar” hərbi idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib.

300 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsindən ibarət olub.

Sonda birinciyə Gəlmə kənd, ikinciyə 2 saylı, üçüncü yerə isə 3 saylı tam orta məktəbin komandası layiq görülüblər.

Xəbər 1009 dəfə oxundu.