Qəbələ rayonunda xatirə turniri keçirilib
Xocalı soyqırımının iyirmi birinci ildönümünə həsr edilmiş silsilə tədbirlər planına əsasən 23-24 fevral tarixlərində Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şahmat məktəbində şahmat üzrə kişilər arasında xatirə turniri keçirilib. Turnirin keçirilməsində məqsəd Xocalı soyqırımı həqiqətlərinin ictimaiyyətin diqqətinə bir daha çatdırmaq, həmçinin yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarətdir.

Xatirə turnirində rayonun kənd, qəsəbə və müxtəlif kollektivlərindən olan 35-dək şahmatçılar gərgin oyun nümayiş ediblər. Yarışın nəticəsinə əsasən FHN Mülkü Müdafiə alayının əsgəri Fariz Salmanlı birinciyə, Gilan Süd emalı zavodunun əməkdaşı Eldar Səfərov ikinciyə, Vəndam qəsəbə sakini Araz Alməmmədov üçüncü yerə layiq görülüblər.

Qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif olunublar.

Xəbər 948 dəfə oxundu.