Petersen Bundesliqanın ən yaxşı ev bombardiridir
Nils Petersenin Bundesliqanın «Verder» - «Frayburq» matçında etdiyi dubl onu Bundesliqanın ev oyunlarında ən çox qol vuran futbolçusu edib. «Vezerştadion»dakı qollar onun mövsümdəki 10-cu və 11-ci qolları idi. Bu qolların 9-nu isə futbolçu məhz ev oyunlarında vurub. Bununla da o, Mancukiç, Kisslinq, Levandovski kimi futbolçuları geridə qoyub.

«Bavariya»dan icarəyə götürülmüş Nils Petersensiz «Verder»in heç nəyinin olmadığını söyləmək olar. «Vezerştadion»dakı son 6 oqolun hamısını məhz o vurub. Bu sırada «Frayburq»dan savayı «Hannover»lə oyunda edilən dubl, üstəlik «Nürnberq» və «Bayer»in hər birinin qapısına vurulan 1 qol var.

İdman.com.az saytının məlumatına görə, futbolçu özü qollarının təəssüratını belə bölüşür: «Burada əla stadion var. İnsanda elə bir təəssürat yaranır ki, burada hər an nəsə baş verir. Buna görə də ev oyunlarına görə həmişə şad oluram».

«Verder» də sevinə bilər. Petersen gələcəyini Bremendə görür. Mart ayında «Bavariya» ilə tam transfer barədə ilk danışıqlar aparılacaq. Futbolçunun münhenlilərlə müqavilə müddəti 2015-ci ildə bitir. İcarə müddəti isə mövsümün sonunadəkdi. Lakin futbolçu növbəti mövsümü də Bremendə keçirmək istəyir:

«Əgər «Bavariya»da gələn mövsüm üçün perspektivlər olmayacaqsa, mən ancaq «Verder» barədə düşünəcəm. Buna əminəm və 11-ci yerdən yuxarı potensialı görürəm. Mən gələn ilin uğurlarının bir parçası olmaq istəyirəm».

Xəbər 1150 dəfə oxundu.