Höness təkzib edir
Mətbuatda «Bavariya»nın yeni mövsümdən sükanına keçəcək Xosep Quardiolanın rəhbərliyə transfer etmək istədiyi futbolçuların siyahısını təqdim etməsi barədə yazılar klub rəhbərliyi tərəfindən təkzib edilib. İdman.com.az saytının məlumatına görə, klub prezidenti Uli Höness ispaniyalının ondan heç bir futbolçunun alınmasını tələb etmədiyini bildirib. Höness deyib:

«Bizim yaxşı komandamız var və yayda heç bir dəyişiklik olmayacaq. Quardiolanın da böyük transfer məqsədləri barədə yayılan söz-söhbətin də hamısı yalandı. Xosep mənə dünyanın istənilən futbolçusunu almaq istədiyini deməyi. Biz onunla sadəcə hansı mövqeləri gücləndirməyin lazım olduğu barədə söhbət etmişik. Komandanın hazırkı heyətinə yeni mövsümdə ciddi dəyişikliklər nəzərdə tutmuruq».

Xəbər 954 dəfə oxundu.