Oliver Kan: «Qalatasaray məni çox təəccübləndirdi»
«Qalatasaray»la «Şalke» arasında oynanan Çempionlar Liqası matçından sonra oyunu canlı yayımlayan Almaniyanın 2-ci kanalı görüşdən əvvəl daha öncə 4 il «Şalke» formasını geyinmiş Həmid Altuntopla müsahibə nümayiş etdirib. İdman.com.az saytı xəbər verir ki, «Qalatasaray»ın və Türkiyə millisinin oyunçusu keçmiş həmklublarına müraciət edərək deyib: «Sevimli «Şalke»li dostlarım, təəssüf edirəm. Amma indi dövr bizimdi» - deyib.

Matçı şərh edən Münhen «Bavariya»sının və Almaniya millisinin keçmiş əfsanəvi qapıçısı Oliver Kan isə «Belə möhtəşəm tamaşaçı qarşısında inanın ağılıma təkrar futbol oynamaq gəlir. İştaham artır» deyə hisslərini bölüb. Matçdan sonra Kan bunları deyib: Meydança pis idi. Amma «Şalke»li futbolçular çox qaçıb yaxşı müdafiə ilə meydanı rəqiblərinə dar etdilər. «Qalatasaray» məni çox təəccübləndirdi. Heç nə göstərə bilmədilər. Nə bir texniki nə də taktiki oyunu yox idi. Yalnız Droqbanın başına yüksək toplar ataraq «Şalke»nin işini asanlaşdırdılar. «Şalke» matçı qazana da bilərdi».

Xəbər 1085 dəfə oxundu.