“Barselona”ya daha bir zərbə
İspaniyanın “Barselona” klubu futbol üzrə Çempionlar Liqasında İtaliya “Milan”ı ilə keçirəcəyi 1/8 final mərhələsinin cavab görüşünə baş məşqçi Tito Vilanovasız çıxacaq. Kataloniya klubunun prezidenti Sandro Rossel Vilanovanın hazırda ABŞ-da olduğunu bildirib.

Rossel deyib ki, Vilanova okeanın o tayına xəstəliyi ilə əlaqədar gedib. Onun İspaniyaya martın sonlarında qayıdacağı gözlənilir.

Qeyd edək ki, “Barselona” ilə “Milan” arasındakı cavab görüşü martın 12-də “Nou Kamp” stadionunda olacaq. İlk görüşdə İtaliya komandası qalib gəlib – 2:0.

Lent.az

Xəbər 913 dəfə oxundu.