“Neftçala” heyətini gücləndirib
“Neftçala” heyətini gücləndirib. I divizion təmsilçisi 8 futbolçu ilə müqavilə bağlayıb.

Komanda qapıçı Davud Kərimi, müdafiəçilər Ramil Nuriyev, Elnur Hüseynov və Rəşad Orucov, yarımmüdafiəçilər Hafiz Əliyev və Zahid Quliyev, hücumçular Yasin Abbasov və Bəxtiyar Fəzaini heyətinə cəlb edib.
Qeyd edək ki, “Neftçala” I divizionun 14-cü turu çərçivəsində bu həftə Qazaxda “Göyəzən”in qonağı olacaq.

Xəbər 815 dəfə oxundu.