Bülent Korkmaz cəzalandırılıb
Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi turun cərimə və cəzalarını açıqlayıb. Ən ağır cəza “Orduspor”un baş məşqçisi Bülent Korkmazın payına düşüb.

Belə ki, “Orduspor”la “İstanbul BB” arasında keçirilən matçda futbol ictimaiyyətinin penalti kimi qiymətləndirdiyi kobudluğa baş hakim Yunus Yıldırımın “davam” deməsi Korkmazı çılədən çıxarıb. Hakimə etiraz edərək texniki zonadan kənarlaşdırlıan mütəxəssisə qurum 3 oyunluq meydana çıxmamaq və 25 min lirə pul cəzası tətbiq edib.

Xəbər 1039 dəfə oxundu.