“Neftçi” “Bakcell” Arenada “İnter”i qəbul edəcək
Xəbər verdiyimiz kimi sabah Topaz Premyer Liqasının XXI turunda “Neftçi” “Bakcell” Arenada “İnter”i qəbul edəcək. “Ağ-qaralar” açıq məşqə çıxacaq.

Bu gün matçın təşkil olunacağı “Bakcell” Arenada komandanın iştirakı ilə açıq məşq və mətbuat konfransı baş tutacaq. Komandanın baş məşqçisi Böyükağa Hacıyev və futbolçular Rəşad Sadiqovla Flavinyo saat 15:30-da jurnalistlərin suallarını cavablandıracaq. Mətbuat üçün açıq məşq isə saat 16:00-da başlayacaq.

Xəbər 964 dəfə oxundu.